Səudiyyə rejimi şəhid Şeyx Nimrin doğulduğu şəhərə zirehli texnika yeridib

Nüfuzlu İslam alimi şəhid ayətullah şeyx Nimrin edam edilməsi ilə bağlı Səudiyyənin şərq hissəsində kütləvi etiraz aksiyaları səngimək bilmir. 
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistan rejiminin təhlükəsizlik qüvvələri ötən axşam şəhid Şeyx Nimrin doğulduğu Əvamiyyə şəhərinə bir neçə istiqamətdən zirehli texnika yeridib və şəhəri mühasirəyə alıb. 
Hücum zamanı Əvamiyyə 21 nəfər rejim polis tərəfindən açılan atəş nəticəsində yaralanıb.7 evə ziyan dəyib və 11 mağaza tamamilə dağıdılıb. 
Əl-Əhd xəbər saytının məlumatına görə,  polis və ordu zirehli texnika və silahlarla heç xəbərdarlıq etmədən insanlara atəş açırlar. 
Qeyd edək ki, Əvamiyyə şəhərinin əhalisi Səudiyyə hökumətinin Şeyx Nimrə qarşı törədilən bu cinayətinə etiraz etmək üçün küçələrə axışıblar. Etiraz aksiyasında, Səudiyyə hökumətinin əleyhinə şüarlar səsləndirilib. 
HəmçininSəudiyyənin neftlə zəngin olan Qətif bölgəsində gərginlik pik həddə çatıb. Səudiyyə hökuməti xeyli sayda zirehli texnikanı sözügedən bölgəyə yeridib. Dinc aksiyada 1 milyona yaxın insan iştirak edib./
 

Google+ WhatsApp ok.ru