Terrorçular Avropanı yeni terror aktları ilə hədələdi

“İslam Məğribində Əl Qaidə” terror təşkilatı Neapol, Roma və Madriddə terror aktları törətməklə hədələyib. Terrorçuların yaydıqları videoçarxda terror aktlarından səhnələr və İspaniya vətəndaşı olan Əbu əl Nur əl Əndalusi adlı terrorçu daxil olmaqla təşkilatın Malidəki qruplaşmasının üzvləri əks olunub.    
 
İspaniya təhlükəsizlik qüvvələri hazırda videonu araşdırırlar.
 
Məlumata görə, 2015-ci ildə terrorçularla əlaqədə olmaqda şübhəli bilinən 100-dən çox, son 4 ildə isə 175 şəxs saxlanılıb.(apa) 

Google+ WhatsApp ok.ru