Səudiyyə Ərəbistanı Kralı qənaət istədi!

40 dollardan aşağı olan neft qiymətlərinə görə, çətin günlər keçirən Səudiyyə Ərəbistanı büdcəyə qənaət edir.
 
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz bütün nazirlərə xərclərini 5 faiz azaltmaları istiqamətində məktub göndərib. Göndərilən məktubda nazirliklərin, xüsusilə tikinti işlərindən çəkinmələri lazım olduğu bildirilərək 5 faizdən aşağı qənaətinqəbul edilməyəcəyi vurğulanıb.
 
Dünyanın bir nömrəli neft ixracatçısı olan Səudiyyə Ərəbistanının büdcəsində qiymətlərin azalmasına görə, 2015-ci ildə 98 milyard dollar kəsir olub. Səudiyyə Ərəbistanı ölkə tarixinin ən böyük büdcə kəsirini azaltmaq üçün xərclərdə qənaət edəcəyi və qeyri-neft sektorundan gəlir mənbələri yaradacağını planlaşdırır.
 
Hökumət, büdcə kəsirini bağlamaq üçün yanacaqdoldurma, su və elektrikin də qiymətlərini artırıb.

Google+ WhatsApp ok.ru