Səudiyyə Ərəbistanda 2 ildən çox heç bir ittiham irəli sürülmədən həbsdə qalan gənc şiə azadlığa çıxdı

Səudiyyə Ərəbistanın  şiələr yaşayan Əvamiyyə böləgisinin  Qətif şəhərindən olan Zeyd Həsən  Əli Əl-Zahir  Səudiyyə  rejiminin qorxunc həbsxanalarında  2 il  5 ay  heç bir ittiham irəli sürülmədən saxlandıqdan sonra  azadlığa çıxıb.
 
Maide.Az xəbər verir ki, Zeyd Həsən Əli  əl-Zahir  qardaşı ilə birlikdə  2014-cü ilin noyabr ayında təhlükəsizlik qüvvələrinin öz başınalığı və heç bir ittiham irəli sürülmədən həbs olunmışdı. O azadlığa çıxsada  qardaşı hələdə həbsxanada saxlanılır. 
 
Elan olunmuş statistikaya əsasən,  Səudiyyə rejim qüvvələri  2011-ci ildən şiələr yaşayan Qətif  və  Ehsa  şəhərlərində  950 nəfərdən çox  insanı həbs edib. Sonradan həbs olunan şəxslərdən bəzisi azadlığa buraxılıb, lakin hələdə 200 nəfərdən çox günahsız şiə bu rejimin həbsxanalarında  saxlanılır.
 
Saxlanılan Əhli-Beyt (ə)  tərəfdarlarından  5 nəfəri  edama məhkum olunub,  bəziləri isə  10-25 il müddətinə azadlıqdan məhrum eidlib. 
 

Google+ WhatsApp ok.ru