Səudiyyə Ərəbistanının valyuta ehtiyatları `əriyir`

Səudiyyə Ərəbistanının valyuta ehtiyatları ardıcıl 15 aydır azalır. Ölkənin ehtiyatları Apreldə də düşüb.
 
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanında Pul Siyasətindən məsul qurumu Bazar günü verdiyi bəyanatda, xalis xarici aktivlərin 1.1% düşərək 572 milyard dollara düşdüyü açıqlayıb. Bu səviyyə 4 ilin ən aşağı səviyyəsidir.
 
Neftin qiymətinin aşağı düşməsi ölkənin istiqraz satmasına və hazırda dünyadakı ən böyük ehtiyatlardan biri olan xarici valyuta ehtiyatlarını azalmasına səbəb olub. Səudiyyə Ərəbistanının xalis xarici aktivləri ötən il 115 milyard dollar azalıb, Krallığın büdcəsi təxminən 100 milyard dollar kəsir verib.
 
Maliyyə vəziyyətinin pisləşməsi, Səudiyyə rəsmilərinin neftdən sonranı düşünmələrinə, yeni vergilər tətbiq edərək nəhəng dövlət şirkəti Saudi Arabian Oil Co.nun səhmlərinin bir hissəsinin satılmasının planlaşdırmasına səbəb olub. Səudiyyə Ərəbistanının Şahzadəsi Mohammed bin Salman həyata keçirilməsi planlaşdırılan dəyişiklikləri 25 Apreldə açıqlamışdı.
 
Hazırda Brent nefti 49 dollardan alıcı tapır. Bu ilin əvvəlində 30 dollardan da aşağı düşən neftin qiyməti 2 il əvvəl 100 dolların üzərində idi.
 
Səudiyyə Ərəbistanında ATM-lərdən pulun çıxardılması Martda illik müqayisədə 3 faiz düşüb. Baş verən azalma, neft qiymətlərindəki geriləmə ilə gələn iqtisadi səngimənin istehlakçılara çatdığını işarə edir. Pul təklifi Apreldə illik 1.5 faiz düşüb. /
 

Google+ WhatsApp ok.ru