Səudiyyə rejimi tanınmış şiə ruhanini həbs etdi

Səudiyyə rejimi tanınmış şiə ruhanini həbs etdi

Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələri ölkənin tanınmış şiə ruhanisi  Şeyx Məhəmməd  Həsən Əl-Həbibi həbs edib.
 
Maide.Az xəbər verir ki, Əl-Həbib şənbə günü Ərəbistanın  şərqində Səfəvi bölgəsindən olan daha 3 nəfərlə birlikdə  həbs olunub. 
Onun Riyada aparıldığı bildirilir. 
 
Yerli xəbər qaynaqları bildiriblər ki, Ərəbistan rejimi bu ruhanini  4 gündür ki həbs edib lakin indiyədək onun hansı səbəbdən saxlanılması və nədə ittiham olunamsı ilə bağlı açıqlama verməyib.
 
Qeyd edək ki, Şeyx  Məhəmməd Həsən Əl-Həbib  Səudiyyə Ərəbistanın Qətif əyalətində tanınmış ruhanilərdəndir. O,indiyədək 2012-ci ildə Ərəbistanda başlayan xalq etirazlarını və şəhid Şeyx Baqir Nimrin mövqeyini açıq mövqe sərgiləməklə dəstəkləyib. 
 
 

Google+ WhatsApp ok.ru