Səudiyyə Ərəbistan İran sərhədi yaxınlığında hərbi təlimlərə başlayır

Səudiyyə Ərəbistan İran sərhədi yaxınlığında hərbi təlimlərə başlayır

 
Səudiyyə Ərəbistanın Hərbi Dəniz Qüvvələri gələn həftə  İran sərhədi yaxınlığında Oman dənizi, Fars Körfəzi suları və Hörmüz boğazında hərbi təlim keçirəcək. 
 
Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanın  Hərbi Dəniz Qüvvələrinin komandiri general Abdulla bin Sultan Ali Sultan deyib ki, bu təlimlərdə şərqi flot, gəmilər, təyyarələr, piyada qüvvələri və xüsusi dəniz təhlükəsizliyi qurumları iştirak edəcək. 
 
O deyib ki, təlimlər krallığın hərbi qüvvələrinin hazırlıq vəziyyətini artırmaq məqsədi ilə baş tutur. 
 
Bildirilir ki, təlimlər həmçinin Ərəbistan sərhədlərini qorumaq və ehtimal olunan terror hücumlarının qarşısını almaq məqsədi daşıyır. 
 

Google+ WhatsApp ok.ru