9 yaşlı qız uşağı Amerikanı ağlatdı - VİDEO

9 yaşlı qız uşağı Amerikanı ağlatdı - VİDEO

Şarlotte şəhərində qaradərili qız uşağı Olifantın şəhər məclisindəki irqçilik əleyhinə çıxışı, ABŞ gündəminə damğasını vurub.
 
Maide.Az xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatının Şarlotte şəhərində polisin açdığı atəş nəticəsində bir qaradərili amerikalının həyatını itirməsinə səbəb olmuşdu. Şəhər məclisində danışan 9 yaşlı qaradərili qız uşağı Zianna Olifant, təsirli ifadələri ilə ABŞ-ın və dünyanın diqqətini polis zorakılığı və irqçiliyə çəkib.
 
Uşağın məclis üzvləri, yüzlərlə şəhər sakini, ailəsi və dostlarının qarşısında göz yaşları içində çıxışı, ABŞ mediasında geniş yer alıb.
 
Olifant, çıxışında bunları deyib:
"Aksiya keçirmək məcburiyyətində olmamalıyıq, çünki bizə yanlış münasibət sərgiləyirsiniz. Bunu edirik, çünki etmək məcburiyyətindəyik və haqqımız var. Biz qaradəriliyik və özümüzü belə hiss etməyimiz lazımdır. Atalarımızın və analarımızın ölməsi biabırçılıqdır. Onların məzarına getmək məcburiyyətində olmağımız rüsvayçılıqdır".
 
Ziannanın anası Precious Olifant isə daha sonra verdiyi açıqlamada, qızının belə bir müraciətə hazırlanmadığını və parlamentdə çıxışının tamamilə plansız olduğunu bildirib.
 
Kaliforniya prokuroru və Demokratlar Partiyasından ABŞ senatı namizədi Kamala Harris isə Olifantın çıxışını "Ürəyiniz ağrıdan bu söhbəti izləmək mümkün deyil. Zianna danışdığın üçün çox cəsarətlisən" - başlığı ilə sosial mediada paylaşıb.
 
Qeyd edək ki, polisin açdığı atış nəticəsində həyatını itirən 43 yaşlı amerikalı Skot, 7 uşaq atası idi.
 

Google+ WhatsApp ok.ru