Səudiyyə rejiminin koalisiyası Yəməndə mülki vətəndaşları öldürdüyünü etiraf etdi

Səudiyyə rejiminin koalisiyası Yəməndə mülki vətəndaşları öldürdüyünü etiraf etdi

Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən Yəməndə mülki itkilərlə bağlı araşdırma aparan "Birgə Müstəqil Komissiya", mülki vətəndaşların hədəfə alındığı bildirilən 5 hava hücumundan sadəcə biri üçün bu iddianın doğru olduğunu təsdiq edib.
 
"Birgə Müstəqil Komissiya" Sərhədsiz Həkimlər Təşkilatının Yəmənin Həccah əyalətindəki Abəs xəstəxanasına qarşı həyata keçirilən hava hücumu başda olmaqla 5 hava hücumu haqqındakı hesabatını təqdim edib.
 
Kral Salman hava bazasında təşkil olunan mətbuat konfransında, hücumlardan dördündə mülki itkilərin olmadığı bildirilib.
 
Ənsarullah hərəkatına məxsus hərbi maşının hədəfə alındığı 5-ci hücumda isə xəstəxananın zərər gördüyü qeyd olunub. Komissiya koalisiya qüvvələrinin həmin hücumda zərər dəyən vətəndaşlardan üzr istəməli və təzminat ödəməli olduğu qeyd edib.
 
Qeyd edək ki, Sərhədsiz Həkimlər Təşkilatı avqustun 13-də Yəmənin Saada şəhərində bir məktəbə qarşı təşkil olunan hava hücumunda 10 uşağın öldüyünü, 28 uşağın yaralandığını, avqustun 15-də Həccah əyalətindəki Sərhədsiz Həkimlər Təşkilatının işlətdiyi xəstəxanaya qarşı hücumda isə 19 nəfərin həlak olduğunu qeyd etmişdir. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru