Səudiyyə Ərəbistanında minlərlə insan terrorçu ittihamı ilə həbs olunub

Səudiyyə Ərəbistanında minlərlə insan terrorçu ittihamı ilə həbs olunub

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi minlərlə vətəndaşın terrorçularla əlaqəli olduqları ittihamı ilə həbs olunduğunu bildirib.
 
Nazirliyin saytında yerləşdirilən açıqlamada, 5167 nəfərin ölkənin müxtəlif həbsxanalarında "terrorçu" ittihamı ilə həbs olunduğu yazılıb.
 
Bu məhbuslardan böyük əksəriyyətinin həbs müddətlərinin sona çatmasına baxmayaraq, hələ də həbsxanada saxlanıldığı qeyd olunub. Açıqlamada, bəzi məhbusların isə məhkəməsinin və istintaqının hələ də davam etdiyi bildirilib.
 
Xəbərə əsasən, məhbuslar arasında Misir başda olmaqla, müxtəlif ölkələrin vətəndaşlarının da olduğu qeyd olunur.
 
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə rejiminin məhkəməsi 30 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı, bir iranlı və bir əfqanıstanlının adının hallandığı "İrana cəsusluq" adlı iddia dosyesinə 10 aydan sonra baxaraq, müttəhimlərdən 15-i barəsində edam qərarı çıxarmışdır. (deyerler.org) /

Google+ WhatsApp ok.ru