Böyük Britaniyada kütləvi tətillər keçirilir

Böyük Britaniyada kütləvi tətillər keçirilir

Maide.Az xəbər verir ki, bu həftə  Britaniyada yeni il qabağı müxtəlif sahələrdə çalışanların əksəriyyəti kütləvi tətillərə başlayıb. 
 
Böyük Britaniya hava limanında yük təhvil alma sahəsində çalışan 1500 nəfər dekabrın 23-dən iki gün tətil edəcəklər. Dekabrın 25 və 26-da da Britaniya hava yollarında çalışan 4500 stüardessa iki gün müddətinə tətilə başlayacaq. 
 
Bu gün isə Britaniya poçtunun 4 min nəfərə yaxın əməkdaşı 5 gün müddətinə kütləvi tətillərə başlayıb.
 
Məlumatda bildirilir ki, tətillər ölkə boyu 300-ə yaxın poçt şöbəsinə şamil olacaq.
 
Həmçinin məlumatda qeyd edilir ki, onlar əsasən ölkədə bir çox şöbələrin bağlanması, eləcə də əmək və pensiya qanunvericiliyində müəyyən dəyişikliklərə qarşı etiraz edirlər. 
 
Qeyd edək ki, bundan əlavə, hazırda Londonda  "Southern" dəmiryol şirkətin işçilərinin kütləvi tətilləri davam edir. /
 
اعتصاب انگلیس
 
 
 

Google+ WhatsApp ok.ru