Səngəçaldakı partlayışda evlərə ziyan dəyib, jurnalistlər əraziyə buraxılmır 27 Dekabr 2016 02:00 Hadisə Bakının Qaradağ rayonu ərazisində dekabrın 27-si səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğının davam etdiyi bildirilir. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, «Massiv 3» adlanan yaşayış sahəsində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb. Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Sakinlər və media nümayəndələri əraziyə buraxılmır. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaqdan ötrü tədbirlər davam etdirir. Teqlər : #Səngəçaldakı partlayışda evlərə ziyan dəyib,#jurnalistlər əraziyə buraxılmır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru FHN: Qaradağ rayonunda iki qaz xəttində yanğınla nəticələnən partlayış baş verib - YENİLƏNİB-1 (FOTO- VİDEO) Salyanda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib