Səudiyyə rejim qüvvələri şiələrin məskunlaşdığı Qətif bölgəsinə hücub edib, 1 nəfər həlak olub

Səudiyyə rejim qüvvələri şiələrin məskunlaşdığı Qətif bölgəsinə hücub edib, 1 nəfər həlak olub

Səudiyyə Ərəbistan hərbiçiləri şiələrin məskunlaşdığı Qətif vilayətinin Əvamiyyə bölgəsinə hücum edib və bir gənci güllələyərək öldürüb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Səudiyyə Ərəbsitan rejimi qüvvələri Əl-Masura qəsəbəsinə hücum zamanı qəsəbəni 3 saat mühasirədə saxlayıb.
 
Rejim hərbiçiləri insanlara atəş açıb və şiələrin evlərini dağıdıb.
 
Əvamiyyə bölgəsi  təqribən 6 ildir ki, rejim əleyhinə dinc aksiyalara şahiddir. Etirazçılar Riyad hökumətinin ölkədə şiələrə qarşı represiya siyasətlərinə etiraz edir. Onlar bu kimi ayrıseçkilik siyasətlərinə son qoyulmasını istəyi. Səudiyyə rejiminin represiyaları nəticəsində indiyədək bir neçə nəfər öldürülüb və onlarla insan yaralanıb və ya həbs olunub. 
 
Səudiyyə Ərəbistan əhalisinin 15 faizi şiələr təşkil edir. Şərqiyyə vilayəti əsasən şiələrin məskunlaşdığı bölgədir. Səudiyyə Ərəbistanın ən önəmli neft hasilat etdiyi yer bu vilayətdə yerləşir. /
 
 
 
حملۀ نظامیان سعودی به محلۀ المسوره در منطقۀ شیعه‌نشین قطیف، 20 اردیبهشت 1396 (عکس از توییتر)

Google+ WhatsApp ok.ru