Səudiyyə rejimi Avamiyyədə Əhli-Beyt (ə) davamçılarına qarşı terroru davam etdirir - VİDEO

Səudiyyə rejimi Avamiyyədə Əhli-Beyt (ə) davamçılarına qarşı terroru davam etdirir - VİDEO

Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri ölkənin şərqində Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Avamiyyə şəhərinə qarşı terror cəhdlərinin davamında bəzi binalara od vurublar.
 
Səudiyyə rejiminin​ qüvvələri martın 12-də Avamiyyənin Əl-Məsurə məhəlləsinə təşkil etdiyi hücumda bəzi sakinləri yaralayıblar, vətəndaşların evləri və əmlakını dağıdıblar.
 
Səudiyyə Ərəbistandakı sosial şəbəkə fəalları Avamiyyə sakinlərinə qarşı hərbi hücumları qınayıb. Səudiyyə rejiminin​ qüvvələri Avamiyyəyə hücumları vaxtı bir məscidi tamamilə dağıdıb.
 
Səudiyyə rejiminin​ qüvvələri martın 12-də Avamiyyənin Əl-Məsurə bölgəsindəki Seyid Məhəmməd məscidini bir daha hədəf alaraq məscidi tamamilə dağıdıb. Habelə zöhr azanı verildiyi vaxtı Əd Dirədəki Əl-Fətiyə məscidi Səudiyyə rejiminin qüvvələri tərəfindən atəşə tutulub.
 
Səudiyyə qüvvələri bölgədəki hücumlarında helikopter və ağır silahlar istifadə edərək, Avamiyədəki xalqın evləri və maşınlarını da hədəfə alıb.
 
Səudiyyə rejiminin xüsusi təyinatlı birlikləri Əl-Məsurə məhəlləsini mühasirəyə almaq üçün nəhəng bloklar istifadə edib. Təhlükəsizlik qüvvələri, nəzarət nöqtələri yaradaraq, ətrafda zirehli maşınlar yerləşdirib. Səudiyyə rejiminin Milli Qvardiya Birliyinin tankları da Qətifin qərbindəki bir idman kompleksinə daxil olub.
 
Aprelin 11-də Avamiyyə bölgəsinə Səudiyyə rejiminin​ qüvvələrinin təşkil etdiyi hücum vaxtı 3 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. (deyerler) /

Google+ WhatsApp ok.ru