Norveçin ən böyük həmkarlar ittifaqı konfederasiyası işğalçı İsrail rejimini boykot etdi

Norveçin ən böyük həmkarlar ittifaqı konfederasiyası işğalçı İsrail rejimini boykot etdi

Norveç Həmkarlar İttifaqları Konfederasiyası (Norwegian Confederation of Trade Unions) İsrail rejimini baykot edib. 
 
Maide.Az xəbər verir ki, Norveçin ən böyük həmkarlar ittifaqı olan “Norveç Həmkarlar İttifaqları Konfederasiyası” işğalçı İsrail rejiminin fələstinlilərə qarşı zülmlərinə etirazların artması ilə bu rejimə qarşı sanksiya tətbiq edib. 
 
Cümə günü Norveç Həmkarlar İttifaqları Konfederasiyasında səsvermə keçirilib və İsrailə qarşı iqtisadi, mədəni və elmi sanksiya layihəsi təsdiqlənib. Layihənin lehinə 197 ittifaq üzvü, əleyhinə isə 117 ittifaq üzvü səs verib. 
 
Fələstinlilərin hüquqlarını müdafiə edən “Beynəlxalq Boykot, Təcrid və Sanksiya Hərəkatı” (BDS) Norveç Həmkarlar İttifaqları Konfederasiyasının bu qərarını alqışlayıb və bu qərarı fələstinli məhbusların hüquqlarının qorunması üçün zəruri vasitə adlandırıb. 
 
BDS-in milli komitəsi elan edib ki, Norveçin ən böyük konfederasiyası bizim istəyimizlə Beynəlxalq Boykot, Təcrid və Sanksiya Hərəkatına qoşulub və uzun illərdir Fələstin torpaqlarını işğal edib, fələstinlilərə qarşı zorakılıq edən bir rejimə təzyiqləri artırmaq məqsədilə bu addım atılıb”. /
 
نروژی‌ها با حمل پرچم فلسطین و پرچم نوشته‌ای خواستار تحریم اسرائیل و لغو فروش سلاح به این رژیم شدند.

Google+ WhatsApp ok.ru