Səudiyyə Ərəbistanı futbolçuları terror qurbanlarını yad etmədi -  VİDEO

Səudiyyə Ərəbistanı futbolçuları terror qurbanlarını yad etmədi - VİDEO

2018-ci il Dünya Çempionatına vəsiqə uğrunda B qrupunda yarışan Avstraliya və Səudiyyə Ərəbistanı yığmalarının oyununda xoşagəlməz hadisə yaşanıb. Belə ki, səudiyyəli futbolçular stadionda bir dəqiqəlik sükut elan olunarkən buna riayət etməyiblər.
 
"Daily Mail" xəbər verir ki, London körpüsündə baş verən terror qrubanlarını yad edən Avstraliya yığmasının futbolçuları ehtiram duruşuna riayət etdiyi təqdirdə, rəqib komanda bundan imtina edib.
 
Matça gəldikdə isə Avstraliya yığması Səudiyyə Ərəbistanı üzərində 3:2 hesablı qələbə qazanıb.(faktxəbər) 

Google+ WhatsApp ok.ru