6 ölkənin prezidenti Astanaya toplaşacaq

6 ölkənin prezidenti Astanaya toplaşacaq

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Astanaya gəlib.
 
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, 8-9 iyun tarixlərində keçiriləcək sammitdə İranın təşkilata üzvlüyü müzakirə olunacaq.
 
Rusiya tərəfinin məsələyə müsbət baxdığı bildirilir. Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya, Çin, Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan daxildir.

Google+ WhatsApp ok.ru