Səudiyyə Ərəbistanında çevriliş? - Kral öz oğlunu vəliəhd seçdi

Səudiyyə Ərəbistanında çevriliş? - Kral öz oğlunu vəliəhd seçdi

Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləziz bu gün səhər verdiyi ani fərmanla hakimiyyətin tərkibini köklü formada dəyişib.
 
Maide.Az “VAS”-a istinadən xəbər verir ki, kral Səudiyyə Ərəbistanı Baş nazirinin müavini və Daxili İşlər naziri vəliəhd Şahzadə Məhəmməd bin Nayifı vəliəhdlikdən azad edərək, öz böyük oğlu Məhəmməd bin Salmanı bu vəzifəyə təyin edib.
 
Kral Məhəmməd bin Nayifı tutduğu bütün vəzifələrdən azad edib. 
 
Kralın fərmanına əsasən Məhəmməd bin Salman vəliəhdliklə yanaşı, həm də baş nazirin müavini və Müdafiə naziri vəzifələrinə təyin olunub.
 
Qeyd edək ki,  Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləziz 2015-ci ildə də hakimiyyətin tərkibini köklü formada dəyişmışdi . Belə ki, kral öz qardaşı Muqrin bin Əbdüləzizi vəliəhdlikdən azad edərək, Məhəmməd bin Nayifi bu vəzifəyə təyin etmşidi. 
 
Kralın fərmanında ölkədə daha 6 mühüm vəzifədə yeni təyinat baş tutub. /
 

 

Google+ WhatsApp ok.ru