UNESCO 19 yaşlı suriyalı qaçqın qızı xoş məramlı səfir təyin etdi

UNESCO 19 yaşlı suriyalı qaçqın qızı xoş məramlı səfir təyin etdi

Dünya Qaçqınlar günü ərəfəsində BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) 19 yaşlı suriyalı qaçqın qız Muzun Əl-Məlihanı qurumun ən cavan xoşməramlı səfiri təyin edib.
 
2013-cü ildə Suriyadakı münaqişlərə görə qaçqın düşməsindən sonra, qız uşaqlarının təhsil alması məsələsində etdiyi səylərinə görə, UNICEF-in xoşməramlı səfiri adına layiq görüldüyü qeyd olunub.
 
Mən UNICEF-də işlədiyimə görə çox xoşbəxtəm. Uşaqlara kömək etmək və onları məktəbə həvəsləndirməyi sevirəm", - deyə Muzun Əl-Məlihan bildirib.
 
Əl-Məlihan BMT-nin səfiri təyin olunmaq üçün rəsmi qaçqın statusu olan ilk şəxsdir. O, Suriyadakı münaqişədən qaçdıqdan sonra, 3 il İordaniyada yaşayıb, daha sonra isə Birləşmiş Krallığa köçüb. (deyerler) /

Google+ WhatsApp ok.ru