Səudiyyə və İraq arasında - Mühüm görüş

Səudiyyə və İraq arasında - Mühüm görüş

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səud İraqın Neft naziri Cabbar əl-Luaibi ilə görüşüb.
 
Bu barədə informasiyanı Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi yayıb.
 
Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr, sərhədlərin açılması, birbaşa səfərlərin başladılması, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi barədə mövzular müzakirə edilib.
 
Qeyd edək ki, İraqla münasibətlərini bərpa etmək üçün ilk dəfə Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr bu ölkəyə səfər etmişdi. Cübeyr ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsindən sonra bu ölkəyə səfər edən ilk Səudiyyə rəsmisi olub. (axar.az) /

Google+ WhatsApp ok.ru