Səudiyyə rejimi bu sadə səbəbə görə rəsmi xətibinə 13 il iş kəsdi

Səudiyyə rejimi bu sadə səbəbə görə rəsmi xətibinə 13 il iş kəsdi

Səudiyyə rejimi bu sadə səbəbə görə rəsmi xətibinə 13 il iş kəsdi
 
Səudiyyənin xəbər agentlikləri bildirir ki, Səudiyyə öz imam-cüməsinə 13 il həbs cəzası verib.
 
Səudiyyənin xüsusi cəza məhkəməsi məscidin xətibinə 13 il həbs cəzası və həbsdən sonra 13 il ərzində ölkəni tərk etmək qadağası cəzası ilə cəzalandırıb.
 
Həmçinin məhkəmə adı çəkilməyən məhkumun “Hidayət məktəbi” adlı elektron səhifəsinin də bağlanması qərarını verib.
 
Məhkəmə müttəhim barədə olan ittihamları əsas gətirərək öz qərarına bəraət qazandırıb. Belə ki, o işlədiyi məsciddə cümə günü öz işinə aidiyyəti olmayan xütbə oxuyub və Livan Hizbullahını və onun liderlərini tərifləyib.
 
Həmçinin məhkəmə qərarında bildirilib ki, müttəhim Səudiyyə rejimini təkfirçiliyin mənbəyi bilib və dövlətin daxili və xarici işinə qarışmaqda və ictimai asayişi pozan çağırışlar etməklə ittiham olunub.
 
Məhkəmə müttəhimin öz xütbəsini internet vasitəsi ilə yaymasına da işarə edərək, bu əməli propoqanda adlandırıb. Bildirib ki, bütün bu ictimai çaxnaşma və həyəcan, həmçinin ümümi nizam-intizamı pozmaq ölkə qanunlarına ziddir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru