Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı "Ərəb qalxanı-1" adlı hərbi təlimlərə başlayır

Səudiyyə Ərəbistanı "Ərəb qalxanı-1" adı altında Misirdə keçiriləcək hərbi təlimlərə bu gün start verəcək.
 
Bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi "SPA" məlumat yayıb. 
 
 Məlumata görə, bu gün başlayacaq təlimlər 19 noyabr tarixində sona çatacaq.
 
Təlimdə Səudiyyə Ərəbistannın  quru, hava və dəniz qüvvələri ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Küveyt, İordaniya və Misir Silahlı Qüvvələri də yer alacaq.   
 
Təlimdə iştirak edəcək Səudiyyə qüvvələrin komandanı general-mayor Abdulla ibn Hüseyn Subeyi hazırlıq mərhələsinin başa çatdığını bildirib. /eastnews.org/
 

Google+ WhatsApp ok.ru