Səudiyyə Ərəbistanında 37 nəfər edam edildi, biri edamdan sonra çarmıxa çəkildi

Səudiyyə Ərəbistanında 37 nəfər edam edildi, biri edamdan sonra çarmıxa çəkildi

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi "terrorçuluq" ittihamı ilə şiə siyasi fəallar da daxil olmaqla, ümumilikdə 37 nəfərin edam olunduğunu açıqlayıb.

 Bu haqda Səudiyyə Ərəbistanının "Okaz" qəzeti məlumat verib.   

Məlumatda qeyd olunur ki, "terrorçuluq ideologiyasını yaymaqda və ekstremist fəaliyyətlərdə" iştirak etməkdə ittiham edilən vətəndaşlar Ər-Riyad, Məkkə, Mədinə, şiə müsəlmanlarının yaşadığı Şərq vilayəti və Əsir vilayətində edam ediliblər. 

Edam edilənlərdən 27 nəfər 2011-ci ildə Qətifdə Ali Səud rejiminin Bəhreyndə dinc etirazları yatızdırmaq üçün hərbi müdaxilə etməsinə qarşı etiraz aksiyalarında iştirak edənlərdilər.

Edam edilən 37 nəfərdən biri edam edildikdən sonra çarmıxa çəkilib. Edam edilən şəxslər arasıdna şiə din xadimi və ruhanilər də var. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı krallıq rejiminə qarşı çıxan, eyni zamanda şiə məzhəbinə məxsus müsəlmanları qondarma ittihamlarla edama məhkum edir. Bu edamlardan ən çox etirazlara səbəb olanı 2016-cı ildə həyata keçirilən Ayətullah Baqir Nimrin edamı olub. 

 

Google+ WhatsApp ok.ru