Səudiyyə Ərəbistanı  İƏT-in təcili iclasını çağırır

Səudiyyə Ərəbistanı İƏT-in təcili iclasını çağırır

Səudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində təcili iclasını çağırır.
 
Maide.Az bildiri rki, SPA agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanın narazılığına işğalçı İsrail rejim  Baş naziri Binyamin Netanyahusunun Fələstin torpaqlarının  "İordan vadisinin ABŞ ilə koordinasiya edilmiş ilhaqı" ilə bağlı verdiyi açıqlamalar səbəb olub. 
 
“Təl-Əvivin mövqeyi əsassızdır və Fələstin xalqı üçün ciddi təhlükə yaradır. İsrail beynəlxalq qanunları və BMT nizamnaməsini açıq şəkildə pozur. Netanyahunun sözləri Yaxın Şərqdə ədalət və uzunmüddətli sülh yolu ilə səyləri sıfıra endirir " – Ər-Riyad qeyd edib.
 
Səudiyyə hakimiyyəti dünya birliyini İsrail baş nazirinin açıqlamalarını pisləməyə çağırıb.
 
Netanyahu, bu yaxınlarda ABŞ Prezidenti Donald Trump tərəfindən təklif edilən "Əsrin Sövdələşməsi"ni Fələstin-İsrail münaqişəsinin həlli üçün "görünməmiş bir şans" adlandırmışdı.
 
Netanyahu növbədənkənar seçkilərdə qalib gələcəyi təqdirdə Fələstindəki İordaniyanın Qərb sahilini "qısa müddətə ilhaqına" söz vermişdi.

Google+ WhatsApp ok.ru