Sionistlərin həbsxanasında zülm davam edir - Daha bir fələstinli məhbus öldü 09 Sentyabr 2019 11:26 Fələstin 4 ildir işğalçı sionist İsrail həbsxanasında saxlanılan və xərçəngdən əziyyət çəkən fələstinli Bəssam əs-Sayih ölüb. Maide.َz “dunyabulteni.net”ə istinadən xəbər verir ki, 47 yaşlı Sayih sümük və ilik xərçəngi olsa da, onun həsxanada saxlanılması davam edib. Vəziyyət ağırlaşdıqdan sonra Assaf Harofeh xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da, 1967-ci ildə sionist həbsxanalarında ölən fələstinlilərin sayı 217-yə çatıb. Hadisə ilə bağlı Fələstin Səhiyyə Nazirliyi açıqlama yayaraq İsrail həbsxanalarında saxlanılan fələstinlilərin vəziyyətinin ağır olduğunu bildirib və beynəlxalq insan haqları təşkilatlarının bununla bağlı İsrailə təzyiq göstərilməsini tələb edib. “Həmas”ın silahlı qolu olan “İzzəddin Qəssam Briqadası” Sayihin intiqamının alınacağını açıqlayıb. Qeyd edək ki, hazırda sionist həbsxanalarında saxlanılan 5700-ə yaxın fələstinlidən 1800-ü xəstədir. Teqlər : #Sionistlərin,#həbsxanasında,#zülm,#davam,#edir,#Daha,#bir,#fələstinli,#məhbus,#öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinlilər etiraz aksiyası keçirdilər Səudiyyə Ərəbistanı İƏT-in təcili iclasını çağırır
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar