Səfir Yefimov: İdlibdə təhlükəli gərginlik dalğası aradan qaldırılıb

Səfir Yefimov: İdlibdə təhlükəli gərginlik dalğası aradan qaldırılıb

Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov İdlibdəki gərginlik dalğasını aradan qaldırmaq üçün 5 martda Moskvada Rusiya-Türkiyə razılığının əldə olunduğunu, ancaq bölgədəki vəziyyətin ciddi olaraq qaldığını və terrorçuların təxribata davam etdiyini bildirdi.
 
Maide.Az xəbər verir ki, "Sputnik"ə açıqlama verən Yefimov, "düşünmürəm ki, terrorçuların fəaliyyəti ilə koronavirusun yayılması arasında hər hansı bir əlaqə ola bilər.
 
Diqqət İdlib problemindən başqa bir yerə yönəlmədi, çünki qanunsuz silahlı təşkilatların hücumları və təxribatları davam edir. Ancaq Büyük İdlibdə təhlükəli gərginlik dalğası aradan qaldırılıb. Bununla birlikdə, terrorçular barışığı pozmaq üçün əllərindən gələni edirlər və daha sonra özlərini "qanlı rejimin qurbanları" kimi göstərirlər.
 
Buna görə İdlib problemi hələ də gözümüzün qabağında olduğu kimi həllini tələb edir. Kovid-19 pandemiyası Rusiya və Türkiyənin Suriya mövzusundakı əməkdaşlığına təsir etməyib, tərəflər razılığa gəlmək üçün hər zaman imkan tapırlar", - deyə bildirib.

Google+ WhatsApp ok.ru