Səudiyyə Ərəbistanı Suriyaya yaxınlaşmağa çalışır

Səudiyyə Ərəbistanı Suriyaya yaxınlaşmağa çalışır

Səudiyyə Ərəbistanın Suriyaya yaxınlaşmaq üçün səylərini davam etdirib.

Bu barədə "Livan 24" saytı məlumat yayıb. Məlumata görə, bəzi mənbələr Səudiyyə Ərəbistanının Suriyaya yaxınlaşmaq səylərinin davam etdiyini söyləyib.

Saytın hesabatında deyilir ki, Səudiyyə Ərəbistanı yenə də ciddi danışıqlar və kameralardan, jurnalistlərdən uzaq bir əlaqə çərçivəsində Suriyaya yaxınlaşmağa çalışır.

Səudiyyə rəsmiləri suriyalı həmkarları ilə əlaqə quraraq müxtəlif mövzulara, o cümlədən Suriyanın Türkiyə ilə münasibətlərinə və Dəməşqdə Səudiyyə Ərəbistanı səfirliyinin açılmasına, həmçinin İranın Suriyada olmasına diqqət çəkiblər.

Məlumatlı mənbələr "Sezar" kimi tanınan ABŞ-ın Suriyaya qarşı sanksiya qanununun bu danışıqlara təsir edəcəyini düşünür.

Son aylar Səudiyyə Ərəbistanı ilə Suriya arasındakı münasibətlərdə ən vacib inkişaf Səudiyyə tərəfinin rəsmi dəvəti ilə təşkil edilən Səudiyyə mərasimində Suriyanın BMT-dəki nümayəndəsi Bəşər Cəfərinin olması idi.

Görüş zamanı Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah Maalmi və onun müşaviri Fahd Mübarək Bəşər Cəfəri ilə məqsədli şəkildə görüşüblər və Suriya səfiri ilə dost görüşü iştirakçılar üçün gözlənilməz olub. /eastnews.org/

Google+ WhatsApp ok.ru