Saakaşvili etiraz aksiyasını dinc keçirəcəyini  bildirir

Saakaşvili etiraz aksiyasını dinc keçirəcəyini bildirir

Ukraynanın əsas təhlükəsizlik xidməti iddia edir ki, ölkə parlamenti qarşısında planlaşdırılan etiraz aksiyasında potensial zorakılığı önləyib.
 
Aksiyanı bu günə – oktyabrın 17-də Gürcüstanın keçmiş prezidenti Mikhail Saakashvili çağırıb. O, həm Gürcüstan, həm də Ukrayna vətəndaşlığından məhrumdur. Ötən ay vaxtilə qubernatoru olduğu Odessa vilayətində çıxışında oktyabrın 17-nə etiraz yürüşü təyin edib.
 
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) oktyabrın 16-da bildirib ki, etiraz aksiyasında planlaşdırılan «silahlı provokasiya»nı önləyiblər, «İnqilabi Sağ Qüvvələr»in keçmiş iki fəalı yürüşdə istifadə etməyə avtomat silahlar və raket qurğuları əldə etməyə çalışırlarmış.
 
Saakashvili AzadlıqRadiosuna müsahibəsində SBU-nun məlumatını şərh etməyib, ancaq nümayişin dinc keçəcəyini deyib.
 
«Sabah Ali Radaya gələcək adamlar dinc, sakit, qətiyyətli olacaqlar… biz sadəcə sakit qüvvə olduğumuzu göstərməliyik», – Saakashvili deyib.
 
Saakashvili vaxtilə Ukrayna prezidenti Petro Poroshenko-nun tərəfdaşıydı, 2015-ci ildə Odessanın qubernatoru təyin olundu. Bir il sonra korrupsiyaya qarşı çıxaraq istefa verdi və Poroshenko-nun tənqidçisinə çevrildi.
 

Google+ WhatsApp ok.ru