Saakaşvili məhkəməyə verildi 08 İyul 2015 01:00 Dünya Ukrayna Dövlət Aviasiya Xidmətinin keçmiş sədri Denis Antonyuk Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini məhkəməyə verib. Axar.az xəbər verir ki, Antonyuk bu barədə özünün "Feysbuk" hesabında yazıb. O, Saakaşvilinin onun nüfuzuna xələl gətirdiyini bildirib və 1 milyon qrivna (48 min 600 manat) tələb edib. Antonyuk, həmçinin Saakaşvilinin hərəkətlərinin qanunsuz olduğunu bildirib: “Saakaşvilinin, komissiyanın üzvü olmadığına görə 26 iyunda keçirilən iclasda iştirak etmək hüququ yox idi”. Qeyd edək ki, iyunun 26-da Saakaşvili Dövlət Aviasiya Xidmətinin komissiyaları ilə iclas keçirib. İclas zamanı Saakaşvili xidmət rəisini konkret şəxslərdən pul almaqda və oliqarxların maraqlarına işləməkdə ittiham edib./ Teqlər : #Saakaşvili məhkəməyə verildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 1 il sonra Qəzza (FOTO) İran nüvə məsələsinə dair razılaşmanın Sergey Lavrovun iştirakı ilə elan edilməsini istəyir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO