Saatlıda qidadan zəhərlənən qadın bir həftə sonra xəstəxanada ölüb

Bir həftə əvvəl Saatlı rayonunda qidadan zəhərlənən şəxs dünyasını dəyişib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Saatlı rayonunun Sarıcalar kənd sakini, bir həftə əvvəl kolbasadan zəhərləndiyi bildirilən 59 yaşlı Mədinə Ədim qızı Abbasova vəfat edib.
 
Qeyd edək ki, fevralın 1-də Sarıcalar kəndində bir ailənin 3 üzvü - 26 yaşlı Zümrüd Şakir qızı Əsgərova, 5 yaşlı Zəhra Yusif qızı Əsgərzadə və 59 yaşlı Mədinə Ədim qızı Abbasova qidadan zəhərlənmə diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Onlara lazımi tibbi yardım göstərilsə də, M. Abbasova fevralın 7-də səhər saatlarında dünyasını dəyişib.
 
Onların kolbasadan zəhərləndiyi bildirilir. O da qeyd olunur ki, dünyasını dəyişən qadın vərəm xəstəsi olub. /

Google+ WhatsApp ok.ru