Sumqayıtda polietilen materiallar sexi yanıb

Ötən gecə Sumqayıtda yanğın baş verib.
 
Virtualaz.org saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 600 kv.m olan Polietilen materialları istehsal edən sexin 200 kv.m sahədə taxtadan ibarət dam örtüyünün yanar konstruksiyaları, 10 ton polietilen dənəvər xammal, 50 ədəd polietilen borular və 4 ədəd dəzgah yanıb.
 
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb. /
 

Google+ WhatsApp ok.ru