Sabiq nazir xəstəxanada

Keçmiş Təhsil naziri və millət vəkili Firudin Cəlilovun (Ağasıoğlu) xəstəxana palatasında görüntüləri yayılıb.
 
Axar.az xəbər verir ki, fotonu Feysbuk sosial şəbəkəsində Mikayıl Kəskin adlı istifadəçi yayıb. Mikayıl Kəskin paylaşdığı şəkillərə keçmiş nazirin vəziyyətinin yaxşı olduğunu və onun ziyarətinə hər gün getdiyini yazıb.
 
Xatırladaq ki, İndiyə qədər səhhəti ilə bağlı bir neçə dəfə cərrahi əməliyyat keçirməyə məcbur olan və vəziyyəti bir neçə gün əvvəl yenidən ağırlaşan Firudin Cəlilovun müalicəsini dövlət öz üzərinə götürüb. O, müalicə üçün Ankaraya göndərilib.

Google+ WhatsApp ok.ru