Sabirabadda avtomobil Kürə düşüb, orta məktəb müəllimi boğulub, avtomobildə olan 3-cü sinif şagirdi isə xilas edilib

Bu gün səhər Sabirabad rayonunda faciə baş verib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Cavad kənd sakini, Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlu “VAZ 2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb.
 
Ə. Hüseynov boğularaq ölüb. Onun avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı isə sakinlər tərəfindən xilas edilib.
 
Hazırda avtomobilin və sürücünün meyitinin sudan çıxarılması üçün hadisə yerində FHN-in sularda xilasetmə xidmətinin dalğıcları işləyirlər.

Google+ WhatsApp ok.ru