Arvadının başına qaynar su tökən ər danışdı - VİDEO

Maide.az-ın APA TV-yə istinadən məlumatına görə, saxlanılan İsrafil Ələkbərov hadisəni törətdiyini etiraf edib: 
 
“Ona dəfələrlə demişdim ki, ailə qurursansa, ağıllı-başlı yaşasın. O da mənə qulaq asdı, heç nə demədi. Mən onu stula bağladım, qaynar suyu tökdüm üstünə. Sonra polisə zəng edib, ünvanı verdim, evdən çıxdım”.
 
Sumqayıt şəhər Polis İdarəsindən bildirilib ki, bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb və İ. Ələkbərov tutulub. 
 
Məlumata görə, onlar bir müddət əvvəl boşanıblar. Boşanmanın səbəbi də bir neçə il əvvəl həyata yoldaşını döyməsi, ona fiziki zor tətbiq etməsi olub. 
 
Qeyd edək ki, saxlanılan şəxs Aynur Həsənovanın ikinci həyat yoldaşı olub.   
Qeyd edək ki, hadisə Sumqayıt şəhərində baş verib. Salyanda anadan olan, hazırda Sumqayıtda yaşayan 1982-ci il təvəllüdlü İsrafil Samid oğlu Ələkbərov keçmiş həyat yoldaşı Aynur Qadir qızı Həsənovanı döyüb. Daha sonra İ. Ələkbərov A. Həsənovanın əl-ayağını və ağzını yapışqanla bağlayıb, qaynar suyu onun başına, boynuna və bədəninin müxtəlif nahiyələrinə töküb. Bütün bu hadisələr onların azyaşlı uşaqlarının gözü qarşısında baş verib.

Google+ WhatsApp ok.ru