Sabirabadda quldurluq edən maskalı şəxs yaxalanıb

Sabirabadda quldurluq hadisəsi baş verib.Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 30-da Sabirabad rayonunun Axısxa kəndində Fidan Şıxəliyevanın evinə açıq qalmış qapıdan girən maskalı naməlum şəxs onu balta ilə hədələyərək baş nahiyəsinə küt alətlə xəsarət yetirib və evdən qızıl əşyaları aparıb.
 
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Surra kənd sakini Namiq Səmədov yaxalanıb.

Google+ WhatsApp ok.ru