Türkiyədəki avtobus qəzasında ölənlərin sayı artıb: 17 ölü, 29 yaralı- Video

Hadisə Türkiyənin İsparta vilayətinin Yalvaç rayonunda baş verib
 
İnterAz-ın Anadolu agentliyinə istinadla verdiyi xəbərə görə, hadisə Türkiyənin İsparta vilayətinin Yalvaç rayonunda baş verib. Mikroavtobusun əyləc sisteminin sıradan çıxması nəticəsində idarəetməni itirən avtomobil yol kənarına yuvarlanıb və alma bağlarında çalışan işçilərdən xeyli sayda insan ölüb və yaralanıb.
 
Bu gün səhər saatlarında Türkiyədə baş vermiş mikroavtobus qəzasında ölənlərin sayı artıb. İnterAz-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, hadisə baş verən zaman 15 nəfərin ölümü qeydə alınsa da, artıq ölü sayı 17-ə çatıb.
 
Ölənlərdən 15-i qadın, 2-si isə kişidir. Bundan əlavə qəza baş verən 22 nəfərlik mikroavtobusa 45 nəfərin də mindiyi bildirilir. /
 

Google+ WhatsApp ok.ru