Sabirabadda vətəndaşın evi yandı

Sabirabad rayonunda vətəndaşa məxsus ev yanıb.
 
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Nərimankənd kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının qamışdan ibarət tavanı 3 kv.m sahədə yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. /

Google+ WhatsApp ok.ru