Sabirabadda YAP-ın namizədini digər 4 rəqib namizəd təbliğ edir

Maide.az "azfakt" saytına istinadən xəbər verir ki, 63 Saylı Sabirabad birinci Seçki Dairəsində Azərbaycanın seçki tarixində indiyə qədər görünməmiş bir hadisə baş verməkdədir. YAP-ın namizədini digər rəqibləri təbliğ edir. 
Qeyd edə ki, adı çəkilən dairədə 6 namizəd mübarizə aparır. Məlumata görə Sabirabad birinci Seçki Dairəsindən 4 namizəd - Ağayev Səid Nizami oğlu (BXCP - Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsində mühəndis-1954-cü il təvəllüdlü), Mirzəyev Kamran Adiloğlu (Sabirabad Melorasiya idarəsində mühəndis-meliorator bitərəf - 1983-cü il təvəllüdlü), Usubov Araz Rəşid oğlu (Mərkəzi Xəstəxanasa pediatr, ASRP-1984 –cü təvəllüdlü), Mövlüdov Bəxtiyar Hafis oğlu (kənd müəllimi bitərəf) özlərinin seçki görüşlərində Sabirabad birinci seçki dairəsindən Elçin Quliyevin ən layiqli namizəd olduğunu təbliğ edirlər. 
 
Mənbə bildirir ki, namizədlər getdikləri kəndlərdə yeri camaata açıq şəkildə “Sabirabadda Elçin Quliyev deputat olacaq və biz ona kömək etmək üçün namizədliyimizi irəli sürmüşük”, deyə müraciət edirlər. Bundan başqa adını çəkdiyimiz namizədlərə kəndlərə gedib Elçin Quliyevin təbliğatı ilə məşğul olmaları üçün maliyyə dəstəyini Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinnin müdiri Elçin Quliyevin yaxın qohumu Elman Nuriyev və digər su idarələrinin müdirləri verirlər.
 
Qeyd edək ki, Elçin Quliyev Melorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin qardaşıdır. 

Google+ WhatsApp ok.ru