Tərtərli ruhani MTN-ə çağırıldı

Maide.az "Azadxeber" saytına istinadən xəbər verir ki, ilahiyyatçı Elsəvər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinə çağırılıb. Buna səbəb  ötən gün baş verən hadisə olub.

Belə ki, Tərtər rayon Cümə məscidinin axundu ilahiyyatçıya dini libas geyindiyinə görə irad bildirib. İlahiyyatçı Elsəvər Əliyev isə bununla razılaşmayıb və çıxışlarına həmin geyimlə davam edib.

Bundan sonra axund ilahiyyatçıdan polisə şikayət edib. Şikayət əsasında Elsəvər Əliyev bir neçə saatlıq polis tərəfindən saxlanılıb. Ardınca ilahiyyatçı sərbəst buraxılıb.

Bu gün yenidən təzyiqlərə məruz qalan ilahiyyatçı E.Əliyev MTN-nin Tərtər rayon şöbəsinə çağırılıb.

Google+ WhatsApp ok.ru