Salyanda yol qəzası olub, yaralananlar var

Salyanda yol qəzası olub, yaralananlar var

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, yol qəzası nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların şxsiyyəti dəqiqləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır. 
 

Google+ WhatsApp ok.ru