Sank-Peterburqda müsəlmanlar üçün bərbərxana açılacaq

Rusiyanın Sank-Peterburq şəhərində pravoslav və müsəlmanlar üçün xüsusi bərbəxana açılacaq.
 
Maide.az xəbər verir ki, bu haqda məlumatı "Məkkə" adlı müsəlman birliyinin rəhbəri Renat Vəliyev verib. O bildirib ki, müsəlman salonunda qadın və kişi zalları olacaq: "Kişilərin ustası kişi, qadınların isə qadın olmalıdır. Bu ayrılıq mütləqdir. Qadın salona gələrkən hicabını açır və bunu heç biri kişi görməməlidir." 
 
Renat Vəliyev müsəlmanlar üçün xüsusi salonların nə zaman istifadəyə veriləcəyi haqqında məlumat verməyib. Lakin salonun Petroqrad rayonundakı "Sobor" məscidinin yanında açılacağı dəqiqdir. 

Google+ WhatsApp ok.ru