`Başlayan Qüds intifadası heç vaxt dayanmayacaq`

Müqavimət qrupları Fələstinlilərdən Qüdsdə atəşkəs olduğu şayiələrinə qulaq asmamalarını istəyiblər

Qüdsdə keçirilən müdafiə aksiyasını təbrik edən Fələstin müqavimət qrupları bu cür təcavüz və cəzalandırıcı işğal rejiminin Qüds xalqına və Məscidi Əqsaya qarşı etdiyi hücum və təcavüzlərin təbii nəticəsi olduğunu bildirərək, Fələstinlilərdən Qüdsdə atəşkəs olduğu şayiələrinə qulaq asmamalarını istəyiblər.
 
Maide.az xəbər verir ki, İslami Cihad Hərəkatının açıqlamasında bildirilir ki, Fələstin xalqı işğalçının etdiyi zülmün nəticəsi olan həqiqi bir inqilab yaşayır.
 
Fələstin Mücahidlər Hərəkatı da yayımladığı mətbuat açıqlamasında bugünkü aksiyanı təbrik etdiklərini bildirərək, işğalçının Fələstin torpaqları üzərindəki varlığını tamamilə məhv etmək üçün əməliyyatları artırmaq lazım olduğunu bildiriblər.
 
Bugünkü aksiyanı təşkil edən Fələstin Xalq Azadlıq Cəbhəsinin hərbi qanadı Əbu Əli Mustafa Briqadaları Qüdsün Cəbəlul-Mukəbbər bölgəsi sakinlərindən Ğəssan Əbu Camal və Uday Əbu Camalın bu gün Qüdsdə etdikləri qəhrəmanlıq aktını təbrik edib.

Google+ WhatsApp ok.ru