Sarkisyan özünü biabır etdi

Maide.az xəbər verir ki, Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi hərbi helikopterin ekipaj üzvlərinin cəsədlərinə saxta "vida mərasimi" keçiriblər. “Müqəddəs Sarkis” kilsəsində baş tutan saxta mərasimə prezident Serj Sarkisyan, baş nazir Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan və bütün ermənilərin katolikosu II Qaregin də daxil olmaqla digər rəsmi şəxslər qatılıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan rəhbərliyi Ağdam səmasında məhv edilmiş Mİ-24 helikopterinin ölmüş pilotlarının cəsədlərinin götürüldüyünü açıqlasa da, Azərbaycan Müdafiə Nazirliyi onların yalanını sübutlarla ortaya çıxardı. Görünür Ermənistan hökuməti xalq narazılığını yatırmaq üçün belə saxta vida mərasimləri keçirməyə məcbur qalıb.


 

 

Google+ WhatsApp ok.ru