Satirik jurnaldan “Charlie Hebdo”ya mənalı cavab (FOTO)

Türkiyədə nəşr olunan satirik “Cafcaf” jurnalı “Charlie Hebdo” jurnalının dinlərə qarşı hörmətsizliyinə xüsusi karikatura ilə cavab verib.

ANS PRESS-in məlumatına görə, jurnalın üz qapağında fransızca, “Non, Rien n'est pardonne” (Xeyr, Heç bir şey bağışlanmadı) yazılıb.

Bundan başqa qapaqda, Əfqanıstan, Qəzza, Çeçenistan, İraq, Suriya, Misir və Çindəki qətliamlara işarə edilərək dünyada məzlum qanı axdığı müddətdə heç bir şeyin bağışlanmayacağı ifadə olunub.

Bundan başqa qapaqda şair Atilla İlhana aid, “Cinayəti kor qayıqçı gördü, mən gördüm, qulaqlarım gördü...” misrasına yer verilib.

Xatırladaq ki, dünya müsəlmanları baş vermiş terror hadisəsinə mövqelərini bildirmələrinə baxmayaraq “Charlie Hebdo” son buraxılışının üz qapağında İslam peyğəmbəri olduğunu iddia etdiyi karikatura dərc etmişdi.

Bütün dünyada birmənalı qarşılanmayan bu hadisəyə müsəlmanlarla yanaşı katoliklərin ruhani lideri II Franksis də öz etirazını bildirmişdi. /
 

 

Google+ WhatsApp ok.ru