Seçki bitdi, həbslər başladı: 3 vali həbs edildi

Maide.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində "Paralel Dövlət"ə qarşı aparılan əməliyyatda 57 nəfər haqqında həbs qərarı çıxarılıb.
 
Ankaradakı əməliyyatda Mərkəz valiləri Əhməd Kaya, Mehmet Odunçu, Sadiq Altınkaynak, Daxili İşlər Nazirliyi Təftiş Kabinetində mülkiyət müfəttişi Ferda İleri, keçmiş İzmir polis rəisi Ali Bilkay, keçmiş Afyon Polis Məktəbi direktoru Müjdat Qaragöz və bir neçə polis rəisi də daxil olmaqla 44 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyi müfəttişlərinin hazırladığı hesabatda, Mərkəz valisi Mehmet Odunçu və Eskişehir vali müavini Məsud Kesenin Daxili İşlər Nazirliyi Məlumat Hesablama Mərkəzindən əldə etdikləri məlumatları Gülənçilərə sızdırdığı ortaya çıxıb.

Google+ WhatsApp ok.ru