SEPAH-ın 3 hərbiçisi şəhid olub

İranın cənub şərqində Sistan və Bəluçistan əyalətində sərhəddi keçmək istəyən silahlı quruplaşma üzvləri ilə atışma nəticəsində İran İslam İnqilab Keşikçilər Korpusunun  (SEPAH) 3 hərbiçisi şəhid olub.

Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə,  şəhid olan şəxslər Sepah-ın Qüds Qərargahının hərbiçiləri mayor Əkbər Abdullahnejad, leytnant Qudrətullah Mandəni və siravi könüllü Musa  Nəsiridir.

Onlar Sistan və Bəluçistan əyalətində silahlı quruplaşmalarla mübarizəyə yardım üçün Fars əyalətindən gəldiyi bildirilir. /

 

Google+ WhatsApp ok.ru