Sergey Lavrov: “ABŞ Rusiya ilə ünsiyyəti bərpa etmək istəyir”

“ABŞ Rusiya ilə ünsiyyətin bərpası üçün yollar axtarmağa başlayır”.
 
Bunu “RBC” telekanalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
 
O bildirib ki, ölkəsi bunun əleyhinə çıxmayacaq.
 
“Ünsiyyət kanallarını onlar bağlayıblar, indi isə yavaş-yavaş bu kanalların bərpası üçün imkanlar axtarırlar. Biz buna qarşılıq verəcəyik. Əgər onlar ünsiyyət kanallarının açılmasını təklif etsələr, cavabımız müsbət olacaq”, - deyə o vurğulayıb.

Google+ WhatsApp ok.ru