Çinin Uyğur bölgəsində məmurlara oruc qadağan olundu

Maide.az xəbər verir ki, "South China Morning Post" qəzetinin xəbərinə görə, Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsindəki restoranların açıq saxlanılması barədə əmr verildiyi, məmur, tələbə və müəllimlərin oruc tutmasının qadağan olduğu bildirilib.
 
Sincan Ərzaq və Dərman İdarəsi yemək xidməti verən iş yerlərinin Ramazan ayı boyu açıq qalması lazım olduğuna dair bəyannamə yayımlanması ilə bərabər regiondakı təhsil bürolarının tələbələrinə oruc tutmamaları, məscidlərə getməmələri və dini mərasimlərə qoşulmamaları barədə xəbərdarlıq edib.
 
Çin mətbuatında dərc olunan bəzi xəbərlərdə Sincanın bəzi bölgələrində dövlət işçilərinin ailələrinin də oruc tutması və Ramazan ayına xas dini mərasimlərə qatılmamasının tələb olunduğu qeyd edilib.
 
Bu cür qadağalar bölgədə yaşayan müsəlmanlar arasında gərginliyi artırıb. Çində xüsusilə Ramazan ayında müsəlmanların sıx yaşadığı ərazilərdə təhlükəsizlik tədbirlərini yüksək səviyyəyə qaldırır.
 
Digər tərəfdən Sincan Uyğur Muxtar Bölgəsində ötən Ramazan ayında da dövlət idarələrində işləyənlərlə, müəllim və tələbələrin oruc tutmamaları barədə xəbərdarlıqlar edilmişdi.
 
Qeyd edək ki, qadağalara baxmayaraq, Çində yaşayan müsəlmanlar oruc tutub, dini ayinlərini yerinə yetirirlər.

Google+ WhatsApp ok.ru