Serj Sarkisyan: “Əsgərlərimiz düşünür ki, onlara Rusiyanın satdığı silahdan atəş açırlar”

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya rəhbərliyini ittiham edib.
 
“Novosti-Armeniya”yanın verdiyi məlumata görə, S. Sarkisyan “Pozner” verilişinə müsahibəsində Rusiyanın Azərbaycana silah satmasına münasibət bildirərkən qeyd edib ki, bu məsələ erməniləri narahat edir.
 
Məsələni Rusiya prezidenti Vladimir Putinlə dəfələrlə müzakirə etdiyini deyən S. Sarkisyan Rusiya silahının Azərbaycana satılması ermənilər üçün psixoloji xarakter daşıyır.
 
“Erməni əsgərləri və zabitləri düşünürlər ki, onlara Rusiyanın satdığı silahdan atəş açırlar. Bu bir qədər çətin məsələdir. Mən əminəm ki, Rusiya Baş Qərargahı və Rusiya rəhbərliyi çox yaxşı bilir ki, qüvvələrin balansının pozulması nəyə gətirib çıxara bilər. Ümid edirəm ki, düzgün hesablamalar aparılır və qərar verən rəhbərlik hər şeyi axıradək hesablayıb”. 

Google+ WhatsApp ok.ru