Seulda yaralanmış ABŞ səfiriinin üzündə yadigar qalan iz - Foto

Səfir xəstəxanadan evə buraxılıb

Ötən həftə  Seulda ABŞ səfiri Mark Lippertə ülgüclə hücum olunmuşdu. Əl və üzündən yaralanan səfir bu gün xəstəxanadan evə buraxılıb. 
Maide.az xəbər verir ki, beynəlxalq KİV-lərin məlumatına görə, 55 yaşlı Cənubi Koreyalı şəxsin  ABŞ səfirinin üzünə  ülgüclə yetirdi xəsarətin izi yadigar olarq qalacaq. 
 
Qeyd edək ki, mart  ayının əvvəllərində Seulda keçirilən bir tədbirdə 55 yaşlı mədəni fəallardan biri Abş səfriinə ülgüclə hücum etmişdi.  O, bu zaman “Cənubi və Şimali  Koreya yenidən birləşməlidir” şüarını səsləndirib.
 
Mark Lippertə hücum edən şəxs hadisə yerində yaxalanmışdı. /
 
 
 
 

 

Google+ WhatsApp ok.ru